Nəzakət Teymurova çahargah muğamı mp3 musiqi mahni axtar yukle pulsuz mp3 axtar mahni axtar mahni yukle mp3 yukle mp3 ax
Nəzakət Teymurova - Çahargah muğamı Mp3 Yüklə
Əziz muğamsevərlər, səhifəmiz sizə Xalq artisti, gözəl, xanım-xatın sənətkarımız, səhnəmizin Leylisi Nəzakət Teymurovanın ifasında \Çahargah\ muğamını təqdim edir.
NƏZAKƏT TEYMUROVA HAQQINDA
Nəzakət Xosrov qızı Teymurova - Azərbaycan müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti, prezident mükafatçısı.
Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Oradan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991-1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.
1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu \Leyli və Məcnun\-da Leyli olub. \Aşıq Qərib\də Şahsənəm, \Gəlin Qayası\nda Gülbahar, \Natavan\da Xanəndə qız, \Vaqif\də Xanəndə qız, \Koroğlu\da Xanəndə qız rolları ilə çıxış edib.
Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətini ləyaqətlə təmsil etmişdir. Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.
2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adlarına layiq görülüb. 2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən \Şərq təranələri\ VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun \Ən gözəl səs\ xüsusi mükafatını alıb. 2012-ci ilin fevral ayinda Nəzakət Teymurovanın Azərbaycan musiqisi toplusundan ibarət yeni diski İtaliyada işıq üzü görüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Müşayiət edirlər:
Əməkdar artistlər
tarda Əliağa Sədiyev
kamançada Elşən Mansurov
balabanda Nizami Allahverdiyev
nağarada Kamran Kərimov
Yeni muğamlar dinləmək üçün Abunə olun!
FUAD RAMAZANOV
Nəzakət Teymurova - Çahargah muğamı, Nezaket Teymurova Cahargah mugami Mp3 Yukle, mp3, musiqi, mahni, axtar, yukle, pulsuz, mp3 axtar, mahni axtar, mahni yukle, mp3 yukle, mp3 axtar yukle, mp3 musiqi, musiqi yukle, yeni mahnilar, xarici mahnilar, xalq mahnilari, bass mahni, bass mahnilar, bass, trap, mahnı yüklə, mp3 yüklə, yüklə, pulsuz mahnilar
Müəllif: www.NiNa.Az
Nəşr tarixi: